Daha bir ölkə İranla sərhədini bağladı

Daha bir ölkə İranla sərhədini bağladı Pakistan Əfqanıstan və İranla sərhədini 2 həftəlik bağlayıb.
Region
16 Mart , 2020 09:44
Daha bir ölkə İranla sərhədini bağladı

Pakistan Əfqanıstan və İranla sərhədini 2 həftəlik bağlayıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin müşavirəsində qərar verilib.

Qeyd edək ki, ötən gün Pakistanda 17 nəfərdə koronavirus aşkarlanıb. Bununla virus daşıyıcılarının sayı 51-ə çatıb. Bildirilir ki, yoluxmaların əksəriyyəti İran, Səudiyyə Ərəbistanı və Suriyaya səfərlə əlaqədardır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 148 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 169 400-ə çatıb. Bunların 77 260 nəfəri sağalıb, 6 515 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi