Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiya İstintaq Komitəsi erməni əsilli iş adamı Levon Ayrapetyana qarşı yeni ittiham irəli sürüb.
"Report" xəbər verir ki, bu haqda "Kommersant" qəzeti yazıb.
O, Başkordıstanın “Başneft” şirkətinin əmlakını mənimsəməkdə, onu leqallaşdırmaqda, habelə ömürlük həbsdə olan Başkordıstanın keçmiş senatoru İqor İzmestyevin anasından dələduzluq yolu ilə 700 min dollar almaqda ittiham olunur.
Xəbərə görə, keçmiş senatorun anası bu məbləği oğlunun cəzasının yüngülləşdirilməsi və cinayət işinin yenidən istintaqa qaytarılması üçün Rusiya vətəndaşı olan erməni iş adamı L.Ayrapetyana verib.
Erməni iş adamı 700 min dolları İ.İzmestyevin işi ilə bağlı məhkəmə qərarına təsir etmək üçün Rusiya KİV-də təbliğat aparmalıymış. L.Ayrapetyan əvvəlcə faktı təkzib edib.
Qeyd edək ki, erməni iş adamı Azərbaycanın işğal altında olan