Dağıstanla Azərbaycan sərhədində atışma olub, 2 nəfər ölüb, 6-sı saxlanılıb

Dağıstanla Azərbaycan sərhədində atışma olub, 2 nəfər ölüb, 6-sı saxlanılıb Bakı. 23 noyabr. REPORT.AZ/ Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Məhərrəmkənd rayonunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, 2-si yaralanıb.
Region
23 Noyabr , 2017 22:07
Dağıstanla Azərbaycan sərhədində atışma olub, 2 nəfər ölüb, 6-sı saxlanılıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Məhərrəmkənd rayonunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, 2-si yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə istinadən TASS məlumat yayıb.

Bildirilir ki, silahlı münaqişədə ümumilikdə 15 nəfər iştirak edib, onlardan 6-sı artıq saxlanılıb.

"Münaqişədə 15 nəfərə yaxın adam iştirak edib, 2-si ölüb, iki nəfər xəstəxanaya yerləşdirilib, 6 nəfər saxlanılıb", - deyə idarə nümayəndəsi qeyd edib.

Son xəbərlər

Orphus sistemi