Dağıstanda törədilən terror aktları nəticəsində ölən polislərin sayı 16-ya çatıb - YENİLƏNİB

Dağıstanda törədilən terror aktları nəticəsində ölən polislərin sayı 16-ya çatıb - YENİLƏNİB Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 51 nəfər yaralanıb.
Region
25 İyun , 2024 11:59
Dağıstanda törədilən terror aktları nəticəsində ölən polislərin sayı 16-ya çatıb - YENİLƏNİB

Dağıstanda törədilən terror aktları nəticəsində ölən polislərin sayı 16-ya çatıb.

“Report” Rusiya KİV-lərə istinadən xəbər verir ki, bu barədə əməliyyat xidmətləri məlumat yayıb.

“Terror aktının qurbanlarından biri olan polis bu gecə xəstəxanada vəfat edib”, - məlumatında qeyd edilib.

Bununla da terror aktı qurbanlarının ümumi sayı 21 nəfərə çatıb.

11:25

Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 51 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

“Ölənlər arasında 15 polis əməkdaşı da var. Onlardan əlavə beş mülki şəxs terrorçuların qurbanı olub. Daha beş nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib”, - məlumatda bildirilib.

Qeyd edilib ki, 13 yaralının vəziyyəti ağırdır.

Xatırladaq ki, Dərbənd və Mahaçqalada naməlum şəxslər iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. İyunun 24, 25 və 26-sı Dağıstanda matəm günləri elan edilib.

Son xəbərlər

Orphus sistemi