​Dağıstanda məscid dörd dəqiqəyə yanaraq külə dönüb

​Dağıstanda məscid dörd dəqiqəyə yanaraq külə dönüb İkimərtəbəli binada alışqan materiallar çox olub
Region
10 Aprel , 2015 22:25
​Dağıstanda məscid dörd dəqiqəyə yanaraq külə dönüb

Bakı. 10 aprel. REPORT.AZ/ Dağıstanın Kizlyar şəhərində məsciddə yanğın baş verib. Yanğınsöndürənlər yanğın baş verdiyi andan dörd dəqiqə sonra hadisə yerində olsalar da, bina tamamilə yanıb.

"Report" xəbər verir ki, bu barədə cümə günü Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinin rəis müavini Oleq Xəlilov məlumat verib.

Onun sözlərinə görə, ikimərtəbəli binada alışqan materiallar çox olub.

Hazırda yanğının səbəbləri araşdırılır. Dəyən maddi ziyan müəyyən edilir.

Son xəbərlər

Orphus sistemi