​Dağıstanda atışma zamanı üç nəfər öldürülüb

​Dağıstanda atışma zamanı üç nəfər öldürülüb Silahlı insident Xasavyurt rayonunda baş verib
Region
24 Fevral , 2015 07:51
​Dağıstanda atışma zamanı üç nəfər öldürülüb

Bakı. 24 fevral. REPORT.AZ/ Dağıstanda polis postuna silahlı hücum olub. Hadisə nəticəsində bir polis və iki silahlı ölüb.

"Report" xəbər verir ki, bu barədə Dağıstan Respubliksının Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Silahlı insident Xasavyurt rayonunun Sulivkent kəndində baş verib.

Postda baxış üçün saxlanılan maşından üç silahlı kişi çıxıb və polislərə atəş açıb. Atışma nəticəsində bir qanun keşikçisi ölüb, daha biri yaralanıb. Hücum edənlərdən isə ikisi öldürülüb, digəri hadisə yerindən qaçıb.

Son xəbərlər

Orphus sistemi