​Dağıstanda 3 silahlı öldürülüb

​Dağıstanda 3 silahlı öldürülüb Antiterror əməliyyatı zamanı silahlılarla təhlükəsizlik qüvvələri arasında atışma olub
Region
20 Avqust , 2015 13:43
​Dağıstanda 3 silahlı öldürülüb

Bakı. 20 avqust. REPORT.AZ/ Dağıstanın Tabasaran rayonunda baş verən silahlı toqquşma nəticəsində 3 nəfər ölüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Dağıstanın təhlüksizlik qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Tabasaranda keçirilən antiterror əməliyyatı zamanı silahlılarla təhlükəsizlik qüvvələri arasında atışma olub. Hərbçilər silahlıların olduğu avtomobilin yolunu kəsməyə cəhd göstərib. Ancaq onlar təslim olmadığından atışma düşüb. Silahlıların avtomobili yanıb və 3 nəfər ölüb.

Xəbərə görə, təhlükəsizlik qüvvələri Dağıstanın Tabasaran, Xiv və Süleyman-Stalsk rayonlarında qanunsuz təşkilatlara qarşı əməliyyatlar keçirirlər. 

Son xəbərlər

Orphus sistemi