Kristin Assanj: “Vəkillər Culian Assanjın ABŞ-a verilməməsinə çalışacaq”

Kristin Assanj: “Vəkillər Culian Assanjın ABŞ-a verilməməsinə çalışacaq” “WikiLeaks” saytının qurucusu Culian Assanjın anası Kristin Assanj oğlunun 24 saat ərzində dairə məhkəməsi qarşısına çıxarıla biləcəyini söyləyib.
Region
11 Aprel , 2019 17:01
Kristin Assanj: “Vəkillər Culian Assanjın ABŞ-a verilməməsinə çalışacaq”

“WikiLeaks” saytının qurucusu Culian Assanjın anası Kristin Assanj oğlunun 24 saat ərzində dairə məhkəməsi qarşısına çıxarıla biləcəyini söyləyib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, “Twitter” səhifəsində bu məlumatı oğlunun vəkillərindən aldığını yazıb.

“Britaniya, böyük ehtimalla, ən çoxu 12 ay həbs cəzası verilməsinə nail olacaq”, - K.Assanj bildirib.

O, “WikiLeaks”in qurucusunun vəkilləri Assanjın ABŞ-a ekstradisiya edilməməsinə nail olmaq niyyətindədirlər.

ABŞ onun ekstradisiyasına nail olmaq istəyir. Bu halda Culian Assanj Dövlət Departamentinin gizli sənədlərini açıqlamaqda ittiham olunacaq.

Son xəbərlər

Orphus sistemi