“Crocus City Hall”dakı terror aktı ilə bağlı bəzi təfərrüatlar məlum olub

“Crocus City Hall”dakı terror aktı ilə bağlı bəzi təfərrüatlar məlum olub “Crocus City Hall”dakı terror aktı beynəlxalq xarakter daşıyır, onun tədqiqi xüsusilə çətindir, terrorun təşkilatçı və onun əlaltıları xaricdə gizlənir.
Region
3 Oktyabr , 2024 04:37
“Crocus City Hall”dakı terror aktı ilə bağlı bəzi təfərrüatlar məlum olub

“Crocus City Hall”dakı terror aktı beynəlxalq xarakter daşıyır, onun tədqiqi xüsusilə çətindir, terrorun təşkilatçı və onun əlaltıları xaricdə gizlənir.

“Report” xəbər verir ki, bu barədə işin materiallarında deyilir.

Qeyd olunub ki, istintaq hadisənin faktiki hallarının və cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilməsinə yönəlmiş çoxlu sayda istintaq və prosessual hərəkətlərin aparılmasına ehtiyac duyur.

Vurğulanıb ki, terror aktı ilə bağlı Rusiya hüquqi yardım üçün beynəlxalq sorğular göndərib. Belə ki, işin araşdırılması çərçivəsində xarici ölkələrdən hüquqi yardım da daxil olmaqla müraciətlərə cavabların alınması zəruridir. Cinayət işi üzrə ibtidai istintaqın müddəti 9 aya, yəni 2024-cü il dekabrın 22-dək uzadılıb.

İşin materiallarında deyilir ki, müttəhimlərdən dördü beynəlxalq terror təşkilatı İŞİD-in tərkibində olan “Vilayət Xorasan” qruplaşmasının silahlılarıdır.

Son xəbərlər

Orphus sistemi