Ermənistanda daha bir gənc ağır cinayət törədib - FOTO

Ermənistanda daha bir gənc ağır cinayət törədib - FOTO Bakı. 5 yanvar. REPORT.AZ/ Ermənistanda cinayət törətmiş daha bir gənc həbs edilib.
Region
5 Yanvar , 2019 06:29
Ermənistanda daha bir gənc ağır cinayət törədib - FOTO

Bakı. 5 yanvar. REPORT.AZ/ Ermənistanda cinayət törətmiş daha bir gənc həbs edilib.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı Norik A. bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu, bu səbəbdən də ifadə verə bilmədiyini deyiblər.

Polisin həyata keçirdiyi axtarış və araşdırma tədbirləri nəticəsində cinayəti törətmiş 18 yaşlı Arsen A. saxlanılıb.

Qeyd edək ki, bu, son günlər Ermənistanda gənclər arasında baş verən növbəti cinayət hadisələrindən biridir. Bir neçə gün əvvəl baş verən kütləvi dava zamanı 22 yaşlı Sevad S. və onun həmyaşıdı Vardan Q. bıçaqlanıblar. Hadisə yerinə gedən polis əməkdaşları həmin cinayətin də 18 yaşlı Qurgen N. tərəfindən törədildiyini müəyyənləşdirib. 

Son xəbərlər

Orphus sistemi