Çilidə avtobus qəzaya düşüb, 15 nəfər ölüb

Region
  • 02 dekabr, 2019
  • 11:30
Çilidə avtobus qəzaya düşüb, 15 nəfər ölüb

Çilinin şimalında avtobusun yarğana düşməsi nəticəsində azı 15 nəfər ölüb, 21 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, avtobus Antofaqasta şəhərindən paytaxt Santyaqoya gedərkən qəzaya uğrayıb.

Taltal şəhəri yaxınlığında dağlıq yolda sürücünün idarəetməni itirməsi bədbəxt sonluğa səbəb olub. Avtobusda, ümumilikdə, 50 nəfər olub.