Cevdet Yılmaz: ABŞ-nin Rusiya ilə Ukrayna arasında atəşkəs təşəbbüsünü dəstəkləyirik

Cevdet Yılmaz: ABŞ-nin Rusiya ilə Ukrayna arasında atəşkəs təşəbbüsünü dəstəkləyirik Türkiyə Rusiya ilə Ukrayna arasında ABŞ-nin başlatdığı atəşkəs təşəbbüsünü dəstəkləyir.
Region
28 mart 2025 02:07
Cevdet Yılmaz: ABŞ-nin Rusiya ilə Ukrayna arasında atəşkəs təşəbbüsünü dəstəkləyirik

ABŞ-nin Türkiyə Rusiya ilə Ukrayna arasında başlatdığı atəşkəs təşəbbüsünü dəstəkləyir.

“Report” xəbər verir ki, bunu Fransada “Avropa və Ukayna üçün davamlı” sülh adlı sammitdə iştirak edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “Anadolu”ya açıqlamasında deyib.

O bildirib ki, davamlı atəşkəs müvəqqəti razılaşmalardan daha vacibdir.

Vitse-prezidentin sözlərinə görə, ölkəsi Rusiya - Ukrayna müharibəsinin diplomatik yolla həllində maraqlıdır: “Odur ki, atəşkəs təşəbbüsünün uğurla nəticələnməsini arzu edirik”.

C.Yılmaz onu da əlavə edib ki, Türkiyə tərəflər arasında əldə olunan Taxıl razılaşmasında və əsir mübadiləsində mühüm rol oynayıb: “Prezident Rəcəb Tayyib Ərdoğanın həm Ukrayna dövlət başçısı Volodimir Zelenski, həm də rusiyalı həmkarı Vladimir Putinlə yaxşı əlaqələri var. Türkiyə prosesdə konstruktiv rola sahibdir”.

Siyasətçi, həmçinin toplantının əhəmiyyəti barədə də danışıb: “Dəvət və xoş ev sahibliyi üçün prezident Emmanuel Makrona təşəkkür edirəm. İclas ancaq Ukraynanın yox, həm də Avropanın təhlükəsizliyi üçün əhəmiyyətli idi. Zirvə görüşündə Avropanın təhlükəsizliyinin birlikdə təmin olunması ilə razılığa gəldik”.

Son xəbərlər

Orphus sistemi