Çavuşoğlu: "Terrorla mübarizə apardıqlarını deyənlər PKK-nın törətdiyi qətliamı sükutla qarşıladı"

Çavuşoğlu: "Terrorla mübarizə apardıqlarını deyənlər PKK-nın törətdiyi qətliamı sükutla qarşıladı" “Sözdə terrora qarşı mübarizə apardıqlarını iddia edən ölkələr PKK qətliamına göz yumur, heç bir reaksiya vermir, ya da “əgər” və “ancaq”larla məsələni yola verməyə çalışırlar”
Region
15 Fevral , 2021 13:47
Çavuşoğlu: Terrorla mübarizə apardıqlarını deyənlər PKK-nın törətdiyi qətliamı sükutla qarşıladı
Mövlud Çavuşoğlu

“Guya terrora qarşı mübarizə apardıqlarını iddia edən ölkələr PKK qətliamına göz yumur, heç bir reaksiya vermir, ya da “əgər” və “ancaq”larla məsələni yola verməyə çalışırlar”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu PKK terrorçularının törətdiyi qətliamlardan danışarkən deyib.

“PKK qruplaşması həmişəki kimi, yenə alçaq xislətli olduğunu göstərdi, 13 günahsız insanımızı qətliam etdi. Sözsüz ki, şəhidlərimizn qanı yerdə qalmayacaq. Bu iki gün ərzində terrora qarşı mübarizə apardıqlarını sözdə elan edən ölkələr PKK-nın törətdiyi qətliamı səssizcə qarşıladı”, - o vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden hadisəyə münasibət bildirərkən qətliamı PKK-nın törətdiyini birmənalı olaraq bildirməyib.

Son xəbərlər

Orphus sistemi