Çavuşoğlu: “Bütün hərbi çevrilişlərə qarşıyıq”

Çavuşoğlu: “Bütün hərbi çevrilişlərə qarşıyıq” “Bütün hərbi çevrilişlərə qarşıyıq”.
Region
7 Sentyabr , 2021 15:28
Çavuşoğlu: “Bütün hərbi çevrilişlərə qarşıyıq”
Mövlud Çavuşoğlu

“Bütün hərbi çevrilişlərə qarşıyıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ruandalı həmkarı Vinsent Biruta ilə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı söyləyib.

“Qvineyada iki gün əvvəl çevriliş oldu. Türkiyə olaraq bunu pislədik. Biz harada olursa olsun, kimə qarşı edilirsə edilsin, demokratiyadan kənar müdaxilələrə qarşıyıq. Biz Qvineyaya xaricdən müdaxilələrə də qarşıyıq. Afrikada keçmiş müstəmləkəçi ölkələr istədikləri idarəçiləri hakimiyyətə gətirmək üçün də müdaxilələr edirlər. Artıq Afrika xalqlarının üzərindən çirkli əllərini çəksinlər. Bilsinlər ki, Afrikada hüzur varsa, Avropada da hüzur olacaq. Biz Afrikanın sabitliyinə, inkişafına və dincliyinə xüsusi önəm veririk, bunun üçün töhfələr veririk”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi