Bütün Gürcüstanın katalikos-patriarxı cərrahiyyə əməliyyatı olunacaq

Bütün Gürcüstanın katalikos-patriarxı cərrahiyyə əməliyyatı olunacaq II İlya müayinə edilmək üçün Almaniyaya gedib
Region
9 Fevral , 2017 19:11
Bütün Gürcüstanın katalikos-patriarxı cərrahiyyə əməliyyatı olunacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Bütün Gürcüstanın katalikos-patriarxı II İlya gələn həftə cərrahiyyə əməliyyatı olunacaq.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu II İlyanın şəxsi həkimi Tsisana Şartava bildirib.

“Patriarx özünü yaxşı hiss edir. O gələn həftənin əvvəlində əməliyyat keçirəcək” - həkim vurğulayıb.

Ümumiyyətlə, II İlya müayinə edilmək üçün Almaniyaya gedib. Ona mədəaltı vəzin iltihabı diqnozu qoyulub.

Qeyd edək ki, II İlya, dünyəvi adı İrakli Gerogiyeviç Quduşauri-Şiolaşvili 1933-cü il yanvarın 4-də Rusiyanın Şimali Osetiya Respublikasının Vladiqafqaz şəhərində anadan olub. 1977-ci il dekabrın 23-dən isə bütün Gürcüstanın katalikosu-patriarxıdır.


Son xəbərlər

Orphus sistemi