"Buşehr" AES-in rəhbəri: "Zəlzələ stansiyanın işinə təsir göstərməyib"

"Buşehr" AES-in rəhbəri: "Zəlzələ stansiyanın işinə təsir göstərməyib" Bakı. 19 aprel. REPORT.AZ/ İranın cənubunda baş vermiş zəlzələ Buşehr Atom Elektrik Stansiyasının (AES) işinə təsir göstərməyib.
Region
19 Aprel , 2018 14:03
Buşehr AES-in rəhbəri: Zəlzələ stansiyanın işinə təsir göstərməyib

Bakı. 19 aprel. REPORT.AZ/ İranın cənubunda baş vermiş zəlzələ "Buşehr" Atom Elektrik Stansiyasının (AES) işinə təsir göstərməyib.

"Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran tərəfdən AES layihəsinin rəhbəri Mahmud Cəfəri bildirib.

Bu gün Buşehr şəhərindən, təqribən, 100 kilometr məsafədə maqnitudası 5,9 olan zəlzələ baş verib. Zəlzələ ocağı 18 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, Rusiya və İran 2014-cü ildə "Buşehr" AES-in iki yeni blokunun tikintisi üzrə müqavilə imzalayıblar.

Son xəbərlər

Orphus sistemi