Bakı. 14 aprel. REPORT.AZ/ “Türkiyənin Bursa şəhərindəki Psixiatriya və Nevrologiya Xəstəxanasında baş verən yanğın nəticəsində xəsarət alan olmayıb”.
“Report” "TRThaber"ə istinadən xəbər verir ki, bunu Xəstəxananın baş həkiminin nümayəndəsi doktor Sinan Korukluoğlu jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, xəstələrin ailə üzvlərinin və yaxınlarının narahatlığına əsas yoxdur.
*** 13:14
Bakı. 14 aprel. REPORT.AZ/ Türkiyənin Bursa şəhərində xəstəxana yanır.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin 179 yerlik Psixiatriya və Nevrologiya Xəstəxanasında yanğın başlayıb. Yanğın xəstəxananın yeməkxanasının damından başlayıb, xəstəxananı qatı duman bürüyüb.
Hazırda xəstələr xəstəxananın digər korpusuna köçürülür. Yanğınsöndürənlər hadisə yerindədir, yanğının qarşısının alınması üçün tədbirlər davam edir. Polis isə xəstəxananın ətrafında olan hərəkəti dayandırıb.
