Bu il Ermənistanda sosial şəbəkələrlə 150-yə yaxın narkotik satışı faktı aşkarlanıb

Bu il Ermənistanda sosial şəbəkələrlə 150-yə yaxın narkotik satışı faktı aşkarlanıb Bu il Ermənistanda sosial şəbəkələr vasitəsilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 150-yə yaxın fakt aşkar edilib.
Region
23 İyul , 2024 12:10
Bu il Ermənistanda sosial şəbəkələrlə 150-yə yaxın narkotik satışı faktı aşkarlanıb

Bu il Ermənistanda sosial şəbəkələr vasitəsilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 150-yə yaxın fakt aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə "Past" qəzeti Ermənistan Daxili İşlər Nazirliyinə (DİN) istinadən bildirib.

Bundan əvvəl Ermənistan DİN 2023-cü ildə sosial şəbəkələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 100-dən çox səhifənin bloklandığını bildirmişdi. Həmçinin, ötən il internet vasitəsilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 489 fakt aşkarlanıb, 489 nəfər həbs edilib.

“Bu il sosial şəbəkələr vasitəsilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 147 fakt müəyyən edilib, onlardan 36-sı narkotik vasitələrin satışı, 111-i isə narkotik vasitələrin alınması ilə bağlıdır”, - nəşr qeyd edib.

Son xəbərlər

Orphus sistemi