Bu il Gürcüstanın 3527 vətəndaşı xarici ölkələrdən sığınacaq istəyib

Bu il Gürcüstanın 3527 vətəndaşı xarici ölkələrdən sığınacaq istəyib Tbilisi. 27 iyul. REPORT. AZ/ Bu ilin yanvar-iyul aylarında Gürcüstanın 3527 vətəndaşı Almaniya, İsveç, Belçika və Niderlandda sığınacaq üçün müraciət edib.
Region
27 İyul , 2018 10:46
Bu il Gürcüstanın 3527 vətəndaşı xarici ölkələrdən sığınacaq istəyib
0 : 00
0 : 00

Tbilisi. 27 iyul. REPORT. AZ/ Bu ilin yanvar-iyul aylarında Gürcüstanın 3527 vətəndaşı Almaniya, İsveç, Belçika və Niderlandda sığınacaq üçün müraciət edib. 

“Report”un Gürcüstan bürosunun məlumatına görə, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Mark Xulst bildirib ki, yanvar-iyul aylarında Gürcüstanın 490 vətəndaşı İsveçdən, 2485-i Almaniyadan, 471-i Belçikadan, 81 nəfəri isə Niderland Krallığından sığınacaq istəyib.

Onun sözlərinə görə, xarici ölkələrdən sığınacaq istəyən gürcülərin sayı ümumilikdə azalsa da, Almaniya, Niderlanda və Belçikaya gedənlərin sayı artıb. Azalma ən çox son iki ayda qeydə alınıb. Əvvəlki aylarda xarici ölkələrdən sığınacaq axtaran Gürcüstan vətəndaşlarının sayı çox olub.

“Yalnız İsveçin nümunəsinə baxsaq görərik ki, 2017-ci ilin göstəriciləri ilə müqayisədə bu ilin yanvar-iyul aylarında İsveçdən sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayında 23 faiz artım var”,- deyə, M.Xulst vurğulayıb.

Son xəbərlər

Orphus sistemi