Bu il Gürcüstanda 274 nəfər QİÇS-ə yoluxub

Bu il Gürcüstanda 274 nəfər QİÇS-ə yoluxub Gürcüstanda QİÇS-ə 274 yeni yoluxma halı qeydə alınıb.
Region
381
2 İyul , 2020 19:42
Bu il Gürcüstanda 274 nəfər QİÇS-ə yoluxub

Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzinin məlumatına görə, bu il ölkədə QİÇS-ə 274 yeni yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, iyulun 2-nə olan məlumata əsasən, qonşu ölkədə bu xəstəliyə yoluxanların ümumi sayı 8 376 nəfər təşkil edir. Onların 6 252-si kişi, 2 124-ü isə qadındır.

Pasiyentlərin böyük əksəriyyəti 29-39 yaş qrupuna daxildir. QİÇS 4 340 nəfərdə inkişaf edib, 1 705 pasiyent isə vəfat edib.

Yoluxma hallarının böyük hissəsi 3 029 olmaqla Tbilisinin payına düşür.  

QİÇS-ə yoluxan uşaqların sayı isə 116-dır. Onların 70-i oğlan, 46-sı qızdır. Uşaqlar arasında bu xəstəlikdən 27 ölüm halı baş verib.