Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır

Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır Artıq 101 ildir 23 aprel ölkədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd edilir
Region
23 Aprel , 2021 11:59
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır

Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur.

“Report” xatırladır ki, 1920-ci ilin aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) fəaliyyətə başlayıb.

Məclis 1920-ci ilin 23 aprel tarixində yerli vaxtla saat 13:45-də 115 millət vəkilinin iştirakı ilə açılıb. Həmin ilin aprelin 24-də Mustafa Kamal (1934-cü ildən Atatürk) yekdilliklə TBMM-nin sədri seçilib.

Artıq 101 ildir 23 aprel ölkədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd edilir. Bu gün ölkədə qeyri-iş günüdür.

Bu münasibətlə Türkiyə parlamentinin sədri Mustafa Şəntop, vitse-prezident Fuad Oqtay, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, milli müdafiə naziri Hulusi Akar, milli təhsil naziri Ziya Səlcuk və digər nazirlər Anıtqəbirdə Qazi Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər, məzarı üstünə əklil qoyublar. M.Şəntop xatirə dəftərinə ürək sözlərini yazıb.

Bundan başqa, milli təhsil naziri Ziya Səlcuk nazirliyin əməkdaşları, müəllimlər və məktəblilərlə birlikdə Atatürkün məzarını ziyarət edib, Atatürkün qəbiri üstünə əklil qoyublar.

Koronavirus pandemiyasına görə bu il bayram tədbirləri məhdudlaşdırılıb.

Qeyd edək ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyədən başqa Şimali Kipr Türk Respublikasında da rəsmi bayramdır.

Son xəbərlər

Orphus sistemi