Bu gün Rusiya və İran xarici işlər nazirlərinin görüşü olacaq

Bu gün Rusiya və İran xarici işlər nazirlərinin görüşü olacaq “Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahyan arasında görüş baş tutacaq”.
Region
20 Yanvar , 2022 13:18
Bu gün Rusiya və İran xarici işlər nazirlərinin görüşü olacaq
0 : 00
0 : 00

“Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında görüş olacaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, nazirlər ikitərəfli qarşılıqlı əlaqələri müzakirə edəcəklər: “Həmçinin bir sıra aktual beynəlxalq mövzular, xüsusilə də İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə Vyanada aparılan danışıqlar prosesi ətrafında yaranmış vəziyyət və ayrı-ayrı regional mövzular üzrə fikir mübadiləsi aparılacaq”.

Qeyd edək ki, görüş İran Prezidenti İbrahim Rəisinin Moskvaya səfəri çərçivəsində baş tutacaq. Dövlət başçısının Rusiyaya rəsmi səfəri yanvarın 19-da başlayıb.

Son xəbərlər

Orphus sistemi