Ukrayna və Rusiya arasında danışıqlar sabaha ertələnib

Ukrayna və Rusiya arasında danışıqlar sabaha ertələnib Bu gün Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin növbəti görüşü keçiriləcək
Region
28 Mart , 2022 14:35
Ukrayna və Rusiya arasında danışıqlar sabaha ertələnib

Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətləri arasında İstanbuldakı danışıqlar sabaha ertələnib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna heyətinin nümayəndəsi David Araxamiya teleqramda yazıb.

“Biz hələ də yoldayıq, logistik çətinliklərə görə gəlişimiz kifayət qədər gec vaxta gözlənilir. Rusiya nümayəndə heyəti də yarım saat əvvəl yola düşüblər, onlar da təqribən saat 21:00-da çatacaqlar, ona görə qərara gəldik ki, hamı gəlsin, yerləşsin, sabah səhər saat 10-da danışıqlara başlayacağıq”, - Ali Radanın deputatı vurğulayıb.

09:33

Bu gün Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin növbəti görüşü keçiriləcək.

“Report” xəbər verir ki, tərəflər arasında danışıqlar martın 28-30-da baş tutacaq.

Qeyd edək ki, Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin sonuncu görüşü martın 21-də videokonfrans formatında olub.

Son xəbərlər

Orphus sistemi