İranda prezident seçkilərində namizədlərin qeydiyyatı başa çatıb - YENİLƏNİB

İranda prezident seçkilərində namizədlərin qeydiyyatı başa çatıb - YENİLƏNİB Bu gün, iyunun 3-də, yerli vaxtla saat 18.00-da İranda prezident namizədliyə iddiaçıların qeydə alınması başa çatır.
Region
3 İyun , 2024 19:37
İranda prezident seçkilərində namizədlərin qeydiyyatı başa çatıb - YENİLƏNİB

İranda prezident seçkilərində iştirak etmək üçün 22 namizəd qeydiyyatdan keçib.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İran Seçki Komissiyasının nümayəndəsi Məhəmməd İslami məlumat verib.

“Seçki Komissiyası 86 iddiaçının müraciətinə baxıb, onlardan 22-si qeydə alınıb”, - o deyib.

M.İslami qeyd edib ki, qeydiyyatdan keçənlərdən 21-i kişi, 1-i qadındır.

O xatırladıb ki, bazar ertəsi qeydiyyatın son günü olub, qeydiyyat yerli vaxtla saat 18:00-da başa çatıb və qeydiyyat müddəti uzadılmayacaq.

10:17

İyunun 3-də yerli vaxtla saat 18:00-da İranda prezidentliyə namizədliyə iddiaçıların qeydə alınması prosesi başa çatır.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Tasnim” yayıb.

Bildirilib ki, bu günədək 37 iddiaçı qeydə alınıb. Onların arasında İran siyasi elitasının nümayəndələri Mahmud Əhmədinejat, Səid Cəlili və Əli Laricaninin də adları var.

İddiaçılar Daxili İşlər Nazirliyi və Nəzarət Şurası tərəfindən araşdırıldıqdan sonra prezidentliyə namizəd olaraq qeydə alınacaq. İyunun 12-27-dək seçkiqabağı kampaniya olacaq. İyunun 28-də isə növbədənkənar 14-cü prezident seçkisi keçiriləcək.

Qeyd edək ki, ötən dörd gün ərzində 137 nəfər iddiaçı olmaq üçün ərizə ilə müraciət edib. Onlardan 15-i qadın, 22-si kişi olmaqla 37 iddiaçının namizədlik üçün ərizəsi qəbul edilib. Namizədlərin adları iyunun 12-də açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi