SSRİ Ali Sovetinin sonuncu sədri Anatoli Lukyanov vəfat edib

SSRİ Ali Sovetinin sonuncu sədri Anatoli Lukyanov vəfat edib Bakı. 10 yanvar. REPORT.AZ/ SSRİ Ali Sovetinin sonuncu sədri Anatoli Lukyanov vəfat edib.
Region
1599
10 Yanvar , 2019 00:54
SSRİ Ali Sovetinin sonuncu sədri Anatoli Lukyanov vəfat edib

Bakı. 10 yanvar. REPORT.AZ/ SSRİ Ali Sovetinin sonuncu sədri Anatoli Lukyanov vəfat edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Smolensk vilayətinin qubernatoru Aleksey Ostrovski özünün "Twitter" səhifəsində bildirib.

"Bu gün məşhur Smolensk sakini və çox gözəl insan SSRİ Ali Sovetinin son sədri A.İ. Lukyanov dünyasını dəyişdi", - deyə o yazıb.

Anatoli Lukyanov 1930-cu ilin 7 mayında Smolenskdə doğulub. O, Sovet İttifaqının ən yüksək qanunverici orqanının başçısı postunu 1990-cı ilin martından 1991-ci ilin sentyabrına qədər tutub.

A.Lukyanov həmçinin 1993-cü ildən 2003-cü ilə qədər Rusiya Dövlət Dumasının deputatı olub.

Son xəbərlər

Orphus sistemi