BTQ-nin Gürcüstan hissəsində müasir qoruyucu konstruksiya tikiləcək

BTQ-nin Gürcüstan hissəsində müasir qoruyucu konstruksiya tikiləcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən Tsalka-Axalkalaki hissəsində mürəkkəb iqlim şəraitinin nəzərə alınması ilə qardan mühafizə qalereyası inşa olunacaq.
Region
254
7 İyul , 2020 12:14
BTQ-nin Gürcüstan hissəsində müasir qoruyucu konstruksiya tikiləcək
0 : 00
0 : 00

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən Tsalka-Axalkalaki hissəsində mürəkkəb iqlim şəraitinin nəzərə alınması ilə qardan mühafizə qalereyası inşa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Nəqliyyat Dəhlizi Araşdırma Mərkəzindən bildirilib.

Ümumi uzunluğu 2 433 metr olacaq dörd qurğunun quraşdırılmasında əsas məqsəd qatarların fasiləsiz hərəkətinin təmin olunmasıdır. Müasir metal qurğular Gürcüstanda ilk dəfə tikiləcək.

Konstruksiya Polşada istehsal olunur və istismar müddəti 100 il təşkil edir.