Britaniya Patriarx Kirillə sanksiya tətbiq edib

Britaniya Patriarx Kirillə sanksiya tətbiq edib Böyük Britaniya Moskva və bütün Rusiya Patriarxı Kirillə sanksiya tətbiq edib.
Region
16 İyun , 2022 15:07
Britaniya Patriarx Kirillə sanksiya tətbiq edib

Böyük Britaniya Moskva və bütün Rusiya Patriarxı Kirillə sanksiya tətbiq edib.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya pravoslav kilsəsinin başçısı Ukraynadakı müharibəni dəstəklədiyi üçün sanksiya siyahısına daxil edilib.

Məlumata görə, Böyük Britaniya hökuməti iyunun 16-da Rusiyaya qarşı yeni sanksiya tətbiq etdiyini açıqlayıb.

Britaniya hökumətinin sanksiyasına Rusiya Prezidenti yanında Uşaq hüquqları üzrə səlahiyyətli Mariya Lvov-Belova, Moskva şəhər dumasının deputatı Sergey Savostyanov və “Volqa Dnepr” qrupu Direktorlar Şurasının başçısı Aleksey İsaykin düşüb.

Qadağaya əsasən, onların krallıqdakı bank hesabları dondurulacaq və bu ölkəyə səfərləri yasaqlanacaq.

Qeyd edək ki, Kirill ilk dəfədir xarici sanksiyaya məruz qalır. Avropa İttifaqı Rusiya Patriarxına qarşı sanksiya tətbiq etmək istəsə də, Macarıstan qarşı çıxdığından baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi