Britaniya kəşfiyyatı: "Ukraynada Rusiya ordusunun 5 generalından 4-ü istefaya göndərilib"

Britaniya kəşfiyyatı: "Ukraynada Rusiya ordusunun 5 generalından 4-ü istefaya göndərilib" Ukraynada müharibə başlayandan, 2022-ci il fevralın 24-dən Rusiya bu əməliyyatda iştirak edən 5 generaldan 4-nü istefaya göndərib.
Region
19 Oktyabr , 2022 11:46
Britaniya kəşfiyyatı: Ukraynada Rusiya ordusunun 5 generalından 4-ü istefaya göndərilib

Ukraynada müharibə başlayandan, 2022-ci il fevralın 24-dən Rusiya bu əməliyyatda iştirak edən 5 generaldan 4-nü istefaya göndərib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı bildirib.

Krallığın Müdafiə Nazirliyində hesab edirlər ki, komandalığın dəyişməsi Rusiya hərbçilərinin döyüş keyfiyyətinə az təsir göstərib. Kəşfiyyat bildirib ki, aşağı rütbəli zabitlərə çox ciddi ehtiyac var. Məlumata görə, taktiki səviyyədə Rusiya ordusuna səfərbər edilmişləri idarə etmək və qruplaşdırmaq üçün bacarıqlı kiçik zabitlərin çatışmazlığı var:

“Aşağı zabit heyətinin zəif rəhbərliyi bir çox bölmələrdə birləşmələrin əhval-ruhiyyəsini və birliyini xeyli azaldır”.

Britaniyalı analitiklərin fikrincə, Rusiya komandanlığında ardıcıllığın olmaması dağıdıcı ola bilər. Çünki planlar daha geniş qərargahın kollektivi tərəfindən deyil, şəxsən komandan tərəfindən hazırlanır.

Son xəbərlər

Orphus sistemi