Britaniya kəşfiyyatı: “Rusiya Qara dənizdə ticarət gəmilərinin qarşısını almağa cəhd edə bilər”

Britaniya kəşfiyyatı: “Rusiya Qara dənizdə ticarət gəmilərinin qarşısını almağa cəhd edə bilər” “Taxıl Sazişi”nin müddəti başa çatdıqdan sonra Rusiya Qara dənizdə ticarət gəmilərinin qarşısını almağa cəhd edə bilər”.
Region
26 İyul , 2023 12:32
Britaniya kəşfiyyatı: “Rusiya Qara dənizdə ticarət gəmilərinin qarşısını almağa cəhd edə bilər”

“Taxıl Sazişi”nin müddəti başa çatdıqdan sonra Rusiya Qara dənizdə ticarət gəmilərinin qarşısını almağa cəhd edə bilər”.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının hesabatında bildirilib.

Britaniya kəşfiyyatı qeyd edir ki, Qara Dəniz Taxıl Təşəbbüsü həmin dənizdə hərbi əməliyyatların yaranmasının qarşısını alırdı, lakin hazırda regionda zorakılığın intensivliyinin və miqyasının artması təhlükəsi var.

Bildirilir ki, müasir “Sergey Kotov” gəmisi Bosfor boğazı ilə Odessa arasında gəmiçilik marşrutunda patrul xidməti aparmaq üçün Qara dənizin cənub hissəsinə göndərilib.

Britaniya kəşfiyyatının fikrincə, bu gəmi Ukraynaya göndərilən kommersiya gəmilərinin qarşısını almaq üçün Rusiyanın əməliyyat qrupunun bir hissəsi ola bilər.

Xatırladaq ki, ötən gün Rusiya Müdafiə Nazirliyi "Sergey Kotov" gəmisinə hücum edildiyini iddia etmişdi.

Son xəbərlər

Orphus sistemi