Britaniya kəşfiyyatı: "Rusiya Donbasa hücum əməliyyatına düzəlişlər edəcək"

Britaniya kəşfiyyatı: "Rusiya Donbasa hücum əməliyyatına düzəlişlər edəcək" “Son 4 gün ərzində Rusiya Silahlı Qüvvələri Donetskin şimal-şərqində, Baxmut istiqamətində hücumlara cəhd edib. Lakin yavaş irəliləyir”.
Region
1 Avqust , 2022 09:44
Britaniya kəşfiyyatı: Rusiya Donbasa hücum əməliyyatına düzəlişlər edəcək

“Son 4 gün ərzində Rusiya Silahlı Qüvvələri Donetskin şimal-şərqində, Baxmut istiqamətində hücumlara cəhd edib. Lakin yavaş irəliləyir”.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

“Rusiya, çox güman ki, öz qüvvələrinin əhəmiyyətli bir hissəsini Donbasın şimalından Ukraynanın cənubuna köçürəcək. Bu barədə keçən həftə Ukrayna hakimiyyəti məlumat yaymışdı”, - nazirlikdən bildirilib.

Məlumata görə, Rusiya aprel ayından bəri davam etdirdiyi plan çərçivəsində irəliləyiş əldə edə bilməyib: “Ona görə də, yəqin ki, Donbasa hücum əməliyyatına düzəlişlər ediləcək”.

Son xəbərlər

Orphus sistemi