Böyük qar uçqunları Qərbi Gürcüstanda ciddi fəsadlara səbəb olub

Böyük qar uçqunları Qərbi Gürcüstanda ciddi fəsadlara səbəb olub Bəzi yerlərdə nəqliyyatın hərəkəti praktiki olaraq iflic vəziyyətdədir
Region
6 Yanvar , 2016 13:37
Böyük qar uçqunları Qərbi Gürcüstanda ciddi fəsadlara səbəb olub

Bakı. 6 yanvar. REPORT.AZ/ Böyük qar uçqunları Gürcüstanın qərbində yerləşən Zuqdidi-Mestiya avtomagistralında hərəkəti iflic edib. "Report" xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Yol hərəkəti briqadaları və xilasedicilər qarın altında qalan insanları çətinliklə oradan çıxarıb. Bütün gecə boyu xilasetmə işləri aparılıb.

Məlumata görə, güclü qar yağışına görə, ölkənin digər magistral yollarında da nəqliyyatın hərəkəti çox çətinləşib. Bəzi yerlərdə isə ümumiyyətlə, nəqliyyatın hərəkəti praktiki olaraq mümkün deyil.

Qar yağışı davam etdiyindən Gürcüstanın qərbində qarın hündürlüyü artıq bir metrə çatıb.

Son xəbərlər

Orphus sistemi