Borrell: “Türkiyə Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yan keçmədiyinə dair sübutlar təqdim edib”

Borrell: “Türkiyə Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yan keçmədiyinə dair sübutlar təqdim edib” Türkiyə hakimiyyəti Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarından yayınmadığını göstərən sübutlar təqdim edib.
Region
23 Noyabr , 2022 01:00
Borrell: “Türkiyə Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yan keçmədiyinə dair sübutlar təqdim edib”

Türkiyə hakimiyyəti Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarından yayınmadığını göstərən sübutlar təqdim edib.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel deyib.

“Mən həmkarım, nazir Mövlud Çavuşoğlu ilə danışdım. O, mənə Aİ-dən Türkiyəyə idxal axını və Türkiyədən Rusiyaya ixraca dair məlumatlar haqqında məlumat verdi. Türkiyəli nazirin təqdim etdiyi bu məlumatlar ümumilikdə Türkiyədən Rusiyaya ixracın artdığını təsdiqləyir, lakin eyni zamanda, Aİ-dən Türkiyəyə idxalda artım qeydə alınmayıb”-deyə, o bildirib.

Qeyd edək ki, Qərb Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi çərçivəsində məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin siyahısını genişləndirməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi