Borrel: "Avropa İttifaqı Rusiyanı dağıtmaq istəmir"

Borrel: "Avropa İttifaqı Rusiyanı dağıtmaq istəmir" “Rusiyada siyasi dəyişikliklər, açıq desək onu dağıtmaq üçün Ukraynanı dəstəkləmirik”.
Region
24 fevral 2023 09:32
Borrel: Avropa İttifaqı Rusiyanı dağıtmaq istəmir
Jozep Borrel

“Rusiyada siyasi dəyişikliklər, açıq desək, onu dağıtmaq üçün Ukraynanı dəstəkləmirik”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel İspaniyanın “Periodico” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzv ölkələrin heç də hamısı Rusiya-Ukrayna müharibəsinə eyni cür yanaşmır.

Ali komissar deyib ki, sanksiyaların nəticələrinə çox şübhə ilə yanaşan ölkələr var: “Onlar hesab edirlər ki, sanksiyaların heç bir səmərəsi yoxdur və biz öz ayağımıza atəş açdığımız üçün məhdudiyyətlər tətbiq edilməməli idi”.

Son xəbərlər

Orphus sistemi