“Borjomi” zavodlarında istehsal dayandırılıb

“Borjomi” zavodlarında istehsal dayandırılıb Buna səbəb zavod işçilərinin ötən gündən davam edən tətilidir
Region
201
19 May , 2021 16:21
“Borjomi” zavodlarında istehsal dayandırılıb

Gürcüstanın “IDS Borjomi” şirkəti iki zavodunda istehsal prosesini dayandırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, buna səbəb zavod işçilərinin ötən gündən davam edən tətilidir.

Şirkət tətili qeyri-qanuni adlandırıb və işçilərini təxribatda ittiham edib.

Məlumatda qeyd olunub ki, tətilçilərin bəziləri yük və digər maşınların zavod ərazisinə daxil olmalarına maneələr yaradırlar və bu cür təxribatlara son qoyulmayana qədər zavodların fəaliyyəti bərpa edilməyəcək.

Xatırladaq ki, “Borjomi” mineral sularının istehsalı zavodunun işçiləri iş şəraitinin yaxşılaşdırılması və əməkhaqlarının artırılmasını tələb edirlər. Ötən gün şirkət rəhbərliyi ilə aparılan danışıqlarda heç bir razılıq əldə olunmayıb.

Son xəbərlər

Orphus sistemi