“Borjomi” işçiləri tətili dayandırıb, zavod istehsalı bərpa edəcək

“Borjomi” işçiləri tətili dayandırıb, zavod istehsalı bərpa edəcək Gürcüstanın “IDS Borjomi” şirkətinə məxsus iki zavodun işçiləri tətili dayandırıb
Region
26 May , 2021 16:37
“Borjomi” işçiləri tətili dayandırıb, zavod istehsalı bərpa edəcək

Gürcüstanın “IDS Borjomi” şirkətinə məxsus iki zavodun işçiləri tətili dayandırıb.

“Report”un yerli bürosu xəbər verir ki, şirkət rəhbərliyi tətilçilərin tələblərinin bir qismini yerinə yetirməyə razılıq verib.

Sabahdan etibarən müəssisələrdə istehsal prosesinin bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, 400-ə yaxın zavod əməkdaşı mayın 18-dən əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil keçirirdilər. Bu səbəbdən mayın 19-da hər iki zavodda istehsal dayandırılıb.

Son xəbərlər

Orphus sistemi