Gürcüstanda azərbaycanlıların yığcam məskunlaşdığı Bolnisi rayonunda daha 12 nəfərin koronavirusa yoluxması təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bununla da rayonda COVID-19-a yoluxanların sayı 107-yə çatıb.
Onların 6-sı artıq sağalıb, 2-si isə ölüb.
Bolnisi üzrə karantində 99, özünütəcriddə isə 182 nəfər var.
Qeyd edək ki, son sutka ərzində Gürcüstanda qeydə alınan koronavirusa 27 yeni yoluxma halının 16-sı Kvemo Kartli bölgəsinin payına düşüb.