Bodrumda 5,3 bal gücündə zəlzələ olub

Bodrumda 5,3 bal gücündə zəlzələ olub Yeraltı təkan yerin 1,6 km dərinliyində baş verib
Region
8 Avqust , 2017 12:25
Bodrumda 5,3 bal gücündə zəlzələ olub

Bakı. 8 avqust. REPORT.AZ/ Türkiyənin Muğla əyalətinin Bodrum rayonunda 5,3 bal gücündə zəlzələ olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) məlumat yayıb.

Kandili Seysmoloji Mərkəzi isə avqustun 8-də səhər saatlarında 5,1 və 5,3 bal gücündə ard-arda iki zəlzələnin baş verdiyini açıqlayıb.

Zəlzələnin mərkəzi Rınarbelen olub. Yeraltı təkan yerin 1,6 km dərinliyində baş verib.  

Son xəbərlər

Orphus sistemi