BMT-nin xüsusi məruzəçisi Ermənistanda polis işgəncələrindən narahatdır

Region
  • 24 noyabr, 2023
  • 09:34
BMT-nin xüsusi məruzəçisi Ermənistanda polis işgəncələrindən narahatdır

BMT-nin xüsusi məruzəçisi Ermənistanda polis tərəfindən işgəncə və qeyri-mütənasib güc tətbiqindən narahatdır.

“Report” xəbər verir ki, bu barədə “Novosti Armenia” bildirib.

BMT-nin xüsusi məruzəçisi Fabian Salvioli Ermənistana 10 günlük səfərinin nəticəsinə əsasən keçirdiyi mətbuat konfransında deyib ki, təhlükəsizlik xidmətləri tərəfindən insan hüquqlarının pozulması, o cümlədən işgəncələr, mitinqlər zamanı qeyri-mütənasib güc tətbiqi və hərbi qulluqçuların şübhəli, qeyri-döyüş bölgələrində ölümlərindən bu halların gələcəkdə də olacağından narahatdır.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qeyri-mütənasib güc tətbiqi və digər sui-istifadə hallarının bir çoxu səmərəli şəkildə cinayət araşdırılmayıb”, - F. Salvioli deyib.

Onun sözlərinə görə, Ermənistanda polis tərəfindən çoxsaylı işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar halları qeydə alınır: “Belə hallar bu gün də davam edir. 2015-ci ildə işgəncənin Ermənistanda kriminallaşmasına (cinayət halı sayılmasına) baxmayaraq, hadisə qurbanların bəzilərinin məhkəmələr tərəfindən iddia müddətinin bitməsinə iddiaları rədd edilib”.