BMT-nin Baş katibi Antoniu Quterreş Türkiyəyə başsağlığı verib.
"Report"un ABŞ bürosu xəbər verir ki, Baş katib zəlzələ nəticəsində insan tələfatının olmasından dərin kədər hissi keçirdiyini deyib.
"Bu gün səhər saatlarında Türkiyənin cənubunda və Suriyanın şimalında baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı xəbərini eşidəndə çox kədərləndim. Ölənlərin sayı artmaqda davam edir. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram. BMT-nin bölgədəki missiyası ehtiyacları qiymətləndirir və yardım göstərir", - Quterreş bildirib.