BMT Ermənistanda insan haqlarının pozulmasından narahatdır

BMT Ermənistanda insan haqlarının pozulmasından narahatdır BMT-nin İnsan Hüquqları Komitəsi Ermənistanda dinc toplaşmaq azadlığının əsassız məhdudlaşdırılmasından, polisin dinc nümayişlərə müdaxiləsindən, habelə etirazçıların qanunsuz saxlanılmasından narahatlığını bildirib.
Region
13 Noyabr , 2021 05:52
BMT Ermənistanda insan haqlarının pozulmasından narahatdır

BMT-nin İnsan Hüquqları Komitəsi Ermənistanda dinc toplaşmaq azadlığının əsassız məhdudlaşdırılmasından, polisin dinc nümayişlərə müdaxiləsindən, habelə etirazçıların qanunsuz saxlanılmasından narahatlığını bildirib.

“Report”un “Anadolu” agentliyinə istinadən məlumatına görə, beynəlxalq təşkilatın bununla bağlı hesabatını BMT-nin mətbuat xidməti yayıb.

Hesabatın müəllifləri Ermənistana nümayişlərdə polis əməkdaşlarının sayını azaltmaq və həddindən artıq güc tətbiqi, əsassız saxlanılmalar və həbslərlə bağlı bütün iddiaları araşdırmağı tövsiyə ediblər.

Komitə üzvləri Ermənistanı BMT-nin daxili qanunvericiliyinin hüquq-mühafizə orqanları əməkdaşlarının güc və odlu silahdan istifadəsinə dair əsas prinsiplərinə və hüquq-mühafizə orqanlarında daha öldürücü səviyyəsi aşağı olan silahlardan istifadəyə dair insan hüquqlarına hörmətlə bağlı təlimatlara tam uyğun olmasını təmin etməyə çağırıblar.

Məhkəmələrin müstəqilliyinə gəlincə, komitə icra və qanunverici hakimiyyət orqanlarının onlara təsirindən narahat olduğunu bildirib. Ekspertlərin hakim və prokurorların seçilməsi, təyinatı və vəzifədən azad edilməsi prosedurları ilə bağlı sualları ortaya çıxıb.

Komitə üzvləri Ermənistana hakimlərin və prokurorların istənilən formada təzyiq və müdaxilələrdən müdafiəsini təmin etməyi və onların təhlükəsizliyinə zəmanət verməyi tövsiyə ediblər.

Son xəbərlər

Orphus sistemi