BMT baş katibi: “Türkiyə və Suriya xalqları üçün ayağa qalxmaq vaxtıdır”

BMT baş katibi: “Türkiyə və Suriya xalqları üçün ayağa qalxmaq vaxtıdır” “Türkiyə və Suriya xalqı üçün ayağa qalxmağın vaxtıdır”.
Region
10 Fevral , 2023 08:57
BMT baş katibi: “Türkiyə və Suriya xalqları üçün ayağa qalxmaq vaxtıdır”

“Türkiyə və Suriya xalqları üçün ayağa qalxmağın vaxtıdır”.

“Report” xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quttereş tviter hesabında yazıb.

“Mən Türkiyəyə və Suriyaya dəfələrlə səfər etmişəm.

Milyonlarla məcburi köçkünə evlərini və qəlblərini açan insanların həmrəyliyini heç vaxt unutmayacam.

İndi o evlər dağılıb və o ürəklər parçalanır. Türkiyə və Suriya xalqları üçün ayağa qalxmağın vaxtıdır”, - BMT rəhbəri sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saat fərqlə 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 17 674 nəfər ölüb, daha 72 879 insan yaralanıb.

Güclü zəlzələlərdən sonra bölgədə maqnitudası 6,6-ya çatan yüzlərlə afterşok qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi