BMT Baş katibi Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə edib

BMT Baş katibi Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə edib BMT Baş katibi Antonio Quterreş ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Region
13 Mart , 2022 18:25
BMT Baş katibi Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə edib

BMT Baş katibi Antonio Quterreş ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə baş katibin ofisinin yaydığı məlumatda deyilir.

A. Quterreş Rusiya və Ukrayna arasında vasitəçilik səylərinə görə Ərdoğana minnətdarlığını bildirib.

Sülh ən vacib məqsəd olduğunu bildirən tərəflər münaqişəyə son qoymaq üçün müxtəlif təşəbbüsləri müzakirə ediblər.

BMT Baş katibi və Türkiyə lideri nüvə təhlükəsizliyi məsələlərini, eləcə də böhranın dünyanın ərzaq və enerji təhlükəsizliyinə təsirini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi