Türkiyədə baş verən ağır yol qəzasında ölənlərin sayı 10 nəfərə, yaralıların sayı isə 7 nəfərə çatıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Bitlis valisi Oktay Çağatay bildirib.
*** 12:03
Türkiyənin Bitlis əyalətində kəndlərarası mikroavtobusun aşması nəticəsində ilkin məlumata görə 8 nəfər ölüb, 5 nəfər yaralanıb.
“Report” xəbər verir ki, məlumatı “Sabah” yayıb.
Qəza Bitlisin Hizan rayonunda baş verib.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbi araşdırırlır.