Bişkekdə İEM-də yeni qəza baş verib
- 29 yanvar, 2018
- 11:39
Bakı. 29 yanvar. REPORT.AZ/ Qırğız Respublikasının paytaxtı Bişkekdə İstilik Elektrik Mərkəzində (İEM) yeni qəza baş verib.
"Report" "Sputnik-Qırğızıstan"a istinadən xəbər verir ki, bu barədə "Qırğızıstanın milli elektrik şəbəkəsi" ASC-nin rəhbərinin birinci müavini Nurlan Sadıqov bildirib.
Məlumata görə, bu gün İEM-də iş zamanı daha bir qəza baş verib: qazan aqreqat sıradan çıxıb. 24 nömrəli əlavə qoşularkən ekran borusunda 60 millimetr diametrli yırtıq yaranıb.
N.Sadıqovun sözlərinə görə, energetiklər hər iki saatdan bir temperatur rejimini yüksəltməyə çalışırlar.
Qeyd edək ki, daha əvvəl yanvarın 26-da İEM-də qəza baş vermişdi və nəticədə Mərkəzin gücü iki dəfədən çox azalıb, bu səbəbdən şəhər əhalisinin evlərində isə istilik azalıb.
Onu da əlavə edək ki, rəsmi məlumata görə, yanvar ayında Bişkekdə donvurmadan 15 nəfər ölüb. Onların hamısı yaşayış yeri olmayan insanlar olub.
Yerli KİV həmçinin bir qadının nasaz elektrik qızdırıcısını yandırmağa çalışarkən yanaraq öldüyünü yazıb.