Binəli Yıldırım: "İstanbulda keçirilən bələdiyyə seçkilərində qalib gəldik"

Binəli Yıldırım: "İstanbulda keçirilən bələdiyyə seçkilərində qalib gəldik" Seçimlərimiz xeyirli, uğurlu olsun. İstanbulda keçirilən bələdiyyə seçkilərində qalib gəldik.
Region
1 Aprel , 2019 00:35
Binəli Yıldırım: İstanbulda keçirilən bələdiyyə seçkilərində qalib gəldik

"Seçimlərimiz xeyirli, uğurlu olsun. İstanbulda keçirilən bələdiyyə seçkilərində qalib gəldik".

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım deyib.

O, İstanbul seçicilərinə ona verdikləri dəstəyə görə təşəkkürünü bildirib. Binəli Yıldırım bildirib ki, seçkilərdə 48,71 faiz səslə qalib gəlib. 

Ədalət və İnkişaf Partiyasının namizədi İstanbul sakinlərinə minnətdarlıq edərək, onlardan özünün namizəd kimi verdiyi vədləri izləməsini istəyib. O, bildirib ki, 15 milyon vətəndaşı olan İstanbulu sakinlərin xoşbəxt və dinc şəhəri edəcək.

Qeyd edək ki, seçkilərdə onun əsas rəqibi namizədliyi Cümhuriyyət Xalq Partiyasından irəli sürülmüş Əkrəm İmamoğlu olub. 

Son xəbərlər

Orphus sistemi