Türk dövlətləri gələcəyə daha inamla irəliləyir.
“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü ilə bağlı “X” hesabında yazıb.
O, Türk dövlətlərini təbrik edib: “Türk dövlətləri iqtisadiyyatdan infrastruktura, turizmdən gənclik və idmana qədər bir çox sahədə ortaq dil, mədəni və tarixi dəyərlərə malikdir”.
Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan Sazişi imzalanıb. Sənədin imzalanma tarixi - oktyabrın 3-ü Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.