Bidzina İvanişvilinin sərvəti açıqlanıb

Bidzina İvanişvilinin sərvəti açıqlanıb Gürcüstanın ən zəngin adamı – Bidzina İvanişvilinin sərvəti 5,67 milyard ABŞ dolları təşkil edir.
Region
3 Fevral , 2021 10:22
Bidzina İvanişvilinin sərvəti açıqlanıb
Bidzina İvanişvili

Gürcüstanın ən zəngin adamı – Bidzina İvanişvilinin sərvəti 5,67 milyard ABŞ dolları təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" (BBI) reytinqində bildirilib.

B.İvanişvili siyahıda 458-ci yeri tutur. Reytinqə əsasən, milyarderin sərvəti ötən il dəyişməsə də, yanvar ayında 25 milyon dollar azalıb.

İş adamının vəsaitlərinin müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərə yatırıldığı bildirilib.

Qeyd edək ki, B.İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. O, 2013-cü ildə siyasətdən gedib, lakin 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından bu ilin yanvarınadək hakim Gürcü Arzusu Partiyasına rəhbərlik edib. Yanvarın 11-də milyarder siyasəti və partiya rəhbərliyini tərk edib. Bundan öncə o, sərvətinin böyük hissəsini rəhbərlik etdiyi “Kartu” xeyriyyə fondunun hesabına köçürüb.

Son xəbərlər

Orphus sistemi