Bidzina İvanişvili Gürcüstan vətəndaşlarına müraciət edib

Bidzina İvanişvili Gürcüstan vətəndaşlarına müraciət edib Tbilisi. 5 noyabr. REPORT.AZ/ Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili ölkə vətəndaşlarına müraciət edib.
Region
5 Noyabr , 2018 13:14
Bidzina İvanişvili Gürcüstan vətəndaşlarına müraciət edib
0 : 00
0 : 00

Tbilisi. 5 noyabr. REPORT.AZ/ Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili ölkə vətəndaşlarına müraciət edib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, o, seçiciləri prezident seçkilərinin ikinci turunda düzgün seçim etməyə çağırıb.

B.İvanişvili deyib ki, ikinci turda seçicilərin səhv qərar verməsi ilə bağlı böyük risk var: “İkinci tur eyni zamanda yeni imkan və yenilənmə üçün yaxşı məqamdır. Bir neçə ay öncə mən siyasətə qayıtmalı oldum. Belə ki, problemlərin getdikcə daha da dərinləşdiyini və onların həlli üçün effektiv mexanizmin olmadığını gördüm. Bununla belə, aydın oldu ki, insanlar bu problemləri daha aydın görür. Bu gün sizinlə razılaşmaya bilmərəm”.

O, hakim partiyanın opponentlərinin siyasi partiya olmadığını qeyd edib: “Hər kəs bir şeyi yadda saxlamalıdır. Bu gün intiqam və zorakılıq tətbiq etmək istəyən insanlar bizə qarşı birləşib. Əminəm ki, biz, xalqımızın rifahı, azadlığı və ləyaqətinin müdafiəsi naminə seçim edəcəyik və insanlara yönəlik Gürcüstanı birgə qura biləcəyik”. 

Son xəbərlər

Orphus sistemi