Belqorodun atəşə tutulması nəticəsində yaralananların sayı 29-a çatıb, 1 nəfər ölüb - YENİLƏNİB

Belqorodun atəşə tutulması nəticəsində yaralananların sayı 29-a çatıb, 1 nəfər ölüb - YENİLƏNİB Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində azı bir nəfər ölüb, 14 nəfər yaralanıb.
Region
11 May , 2024 22:35
Belqorodun atəşə tutulması nəticəsində yaralananların sayı 29-a çatıb, 1 nəfər ölüb - YENİLƏNİB

Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində 29 nəfər yaralanıb, 1 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

“İlkin məlumata görə, 28 böyük və 1 uşaq bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb”, – region başçısı açıqlayıb.

Qubernatorun sözlərinə görə, ölən şəxs isə qadındır, o, hadisə yerində keçinib.

Qladkov qeyd edib ki, olayda 22 çoxmərtəbəli evdə 49 mənzilə və 4 ticari obyektə ziyan dəyib.

21:06

Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində azı bir nəfər ölüb, 14 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

“Belqorod güclü atəşə məruz qalıb – azı bir nəfər həlak olub, 14 nəfər yaralanıb. Bir neçə avtomobil yanıb”, – məlumatda nəql edilib.

Qeyd olunub ki, mərmilərdən biri bina girişinə tuş gəlib.

Xatırladaq ki, daha əvvəl işğal altındakı Donetsk şəhərinə zərbə endirilməsi sonucunda doqquz nəfər ölmüşdü. Hadisədə qondarma region rəhbərliyi Ukraynanı suçlamışdı.

Bundan başqa, Ukraynanın 110-cu ayrı mexanikləşdirilmiş briqadası Avdiivka istiqamətində Su-25 qırıcısını zərərsizləşdirdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi