Belçika Ukraynaya 230 hərbi avtomobil tədarük edəcək

Belçika Ukraynaya 230 hərbi avtomobil tədarük edəcək Belçika gələn həftədən Ukraynaya müxtəlif tipli 230 hərbi maşın tədarük etməyə başlayacaq.
Region
18 Mart , 2023 03:15
Belçika Ukraynaya 230 hərbi avtomobil tədarük edəcək

Belçika gələn həftədən Ukraynaya müxtəlif tipli 230 hərbi maşın tədarük etməyə başlayacaq.

“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən DPA agentliyi məlumat yayıb.

Söhbət 150 hərbi yük maşını və 80 zirehli çoxməqsədli maşından gedir. Krallığın Müdafiə Nazirliyi agentliyə bildirib ki, onların çatdırılması gələn həftə başlamalıdır.

Agentlik təhvil veriləcək avtomobillərin modellərinin adını açıqlamır. Qeyd olunur ki, onların Ukraynaya göndərilməsi ilə bağlı qərarı ölkə hökuməti yanvarın sonunda qəbul edib. Göndərmədən əvvəl Belçika hərbçiləri nəqliyyat vasitələrinə texniki baxış keçirib və təmir ediblər.

Xatırladaq ki, Belçika yanvar ayında Kiyevə 92 milyon avroluq hərbi yardım paketi təqdim edəcəyini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi